Xoş gəlmişsiniz

İxtisaslaşmış tərcüməçi komandamız.
Tərcümələr bu sahə üzrə ixtisaslaşmış və peşəkar tərcüməçilər tərəfindən həyata keçirilir.

İxtisaslaşmış tərcüməçi komandamız

Tərcümələr bu sahə üzrə ixtisaslaşmış və peşəkar tərcüməçilər tərəfindən həyata keçirilir. Hər mövzuda olan səhifəlik üzrə məntlərin tərcüməsi.

1

Yazılı tərcümə

Səhifəlik üzrə tərcümələr bir neçə hissəyə bölünür.
1) Hüquqi tərcümə ( müqavilələr,biznes planları,qəntamələr,qərarlar,nizamnamələr və .s)
2) Tibbi tərcümə ( Tibbi arayış, Diaqnoz, analızlər, reseptlər, dərman preparatlarının təlimatı,tibb tarixçəsi, tibbi avadanlıqlar
3) Texniki tərcümə ( texniki kitabçalar, tikinti sahəsi, energetika sahəsi, texniki lahiyələr, avadanlıqlar, təlimatlar və s,
4) Reklam tərcüməsi ( saytların tərcüməsi, xidmətlər, fəaliyyət, gündəlik görülən işlər və s,

2

Şifahi ardıcıl tərcümə

Ardıcıl tərcümə zamanı tərcüməçi fikrin tamamlanmasını gözləyərək natiqin çıxışını hədəf dilə tərcümə edir.

3

Sinxron tərcümə

Tərcümənin bu növü xüsusilə çoxlu sayda insanın iştirakı ilə keçirilən iri tədbirlər üçün uyğundur, məs. beynəlxalq konfranslar, yüksək səviyyəli beynəlxalq görüşlər və s. Sinxron tərcümə — tərcümənin ən çətin və məsuliyyətli növüdür. Tərcümənin bu növü üçün xüsusi avadanlıq tələb olunur.

4

Bələdçi

Bələdçilərin fəaliyyətində ən vacib tələblərdən biri –pozitiv, canlı ünsiyyət qurma bacarığıdır. Bizim tərcüməçi-bələdçilər ekskursiyanı sizə danışdığınız dildə aparır. Onlar ölkəmizə gələn turistlərlə birgə gəzməli-görməli yerlərə baş çəkir, tarixi faktları bölüşü. Bizim bələdçilər peşəkar səviyyədə tərcümə, ekskursiya təşkili, rəhbərlik və hətta psixoloq bacarıqlarını özündə birləşdirir.

Salam

AZTƏRCÜMƏ təklif edir:

Əsas tərcümə mövzuları:


Maliyyə/iqtisadi sənədlərin tərcüməsi
Vergi və maliyyə sənədlər, hesabatlar və analitika, auditor rəyləri, hesab-fakturalar, invoyslar, investisiya layihələrinin təsviri, iqtisadi icmallar, tədqiqatlar, bank analitikası.
Texniki mətnlər, təlimat və sənədlərin tərcüməsi
İstismara dair təlimat, montaj sənədləri, texniki standartlar və təlimatlar, spesifikasiyalar, texniki pasportlar, servis təlimatları, texniki xidmətə dair sənədlər, patent sənədləri, istifadəçi təlimatı, layihə sənədləri, çertyojlar.
Müqavilələr və digər hüquqi sənədlərin tərcüməsi
Təsis və qeydiyyat sənədləri, müqavilələr, sazişlər, məcəllələr, etibarnamələr, patentlər, sertifikatlar, qanunlar və hüquqi aktlar, məhkəmə qərarları, apellyasiyalar, iddialar, hüquqi rəylər.
Tibbi və əczaçılıq sənədlərinin tərcüməsi
Tibbi avadanlıq və PT sənədləri, tibbi rəylər, müayinə nəticələri, çıxarışlar, arayışlar, klinik və klinikayaqədər tədqiqat materialları, tibbi aparatların sertifikatları, preparatlara dair sənədlər, patentlər.
İşgüzar/kommersiya sənədlərinin tərcüməsi
Promo-materiallar, təqdimatlar, bukletlər, press-relizlər, sərgi materialları, saytlar üçün mətnlər.
Kontraktlar, sazişlər, müqavilələr, aktlar, təsis sənədləri (nizamnamələr), tender sənədləri və ərizələri, biznes-planlar və investisiya sənədləri.
Elmi sənədlərin tərcüməsi
Elmin müxtəlif sahələrində (məsələn, ekologiya, geologiya, təbiətdən istifadə) tədqiqat işləri, annotasiyalar, sınaq, təhlil, tədqiqat nəticələrinə dair sənədlər, təhvil-təslim aktları.

BİZİM DAİMİ MÜŞTƏRİLƏRİMİZ BİLİRLƏR Kİ,
Biz:

• maliyyə/iqtisadi
• texniki və IT
• hüquqi
• tibbi/əczaçılıq
• kommersiya/marketinq
• işgüzar/diplomatik
• elmi mövzularda mətnlərin tərcüməsini peşəkar səviyyədə yerinə yetiririk.

Hər mövzu qrupuna konkret sahələr üzrə daha dar mövzuda mətnlər daxildir. Tərcümə sifariş etmək üçün sizin mövzunu dəqiq müəyyən etmənizə ehtiyac yoxdur. Sadəcə mətni bizə göndərin və biz onu tərcümə edəcəyik. Mətn üzərində illərlə bu sahələrdə ixtisaslaşan tərcüməçilər işləyir. Biz işə sınanmamış tərcüməçiləri cəlb etmirik. İşin keyfiyyətinə uğurlu tematik tərcümə təcrübəsinə malik redaktorlar nəzarət edirlər. Bəzi layihələrdə mətnin düzəliş və redaktəsini dilin daşıyıcıları yerinə yetirirlər. Zəruri olduqda, layihə meneceri müəyyən bilik sahəsində ixtisaslı mütəxəssis – konsultantları cəlb edir. Terminologiya və üslubun dəqiqliyi və yeknəsəqliyini Translation Memory bazaları təmin edir. Biz bütün tərcümə sahələri üzrə terminoloji bazalar, eləcə də ümumi bazalar və korporativ müştərilərin tematikası üzrə qlossari toplayırıq. Tematik tərcümələr bizim standart praktikamızdır. Bəzi tərcümə mərkəzləri üçün hər bir həcmli ixtisaslaşdırılmış tərcümə - hədsiz səy tələb edən avraldır. Biz hər ay 70-dən artıq bu cür layihə həyata keçiririk.

TƏRCÜMƏ SƏVİYYƏSİNİ MENECER SİZİN TƏLƏBLƏRİNİZİ NƏZƏRƏ ALARAQ SEÇİR:


• “Super”. Keyfiyyətin xüsusilə kritik olduğu, səhvin isə çox baha başa gəldiyi hallar. Bu adətən sahə norma və standartlarına mütləq uyğunluğun tələb olunduğu imic materialları və ixtisaslaşdırılmış sənədlərdir. İşə yalnız lazımi mövzuda çoxillik ixtisaslaşma təcrübəsinə malik yüksək kateqoriyalı tərcüməçi və redaktorları cəlb edirik. Xarici dilə tərcüməni həmişə dilin daşıyıcıları yerinə yetirirlər.
• “Biznes”. İşgüzar sənədlər, hüquqi sənədlər, publisistik materialların ən geniş yayılmış tərcümə variantıdır. İşə peşəkar tərcüməçi, korrektor və redaktor/bədii redaktor cəlb edirik.
• Sənəd və materialların tərtibatı və dizaynını yerinə yetiririk.
• Sənədlərin notarial təsdiqini həyata keçiririk.

Korporativ şirkətlərlə iş prinsipi

Müraciət zamanı ilkin olaraq sifarişçinin tərcümə ediləcək sənədi dəyərləndirilir. Tərcümənin səhifə üzrə hesablanması “Microsoft Word” formatında 300 sözlə aparılır. Sifariş dəyərləndirildikdən sonra sifarişçiyə tərcümənin məbləği və hazır olacağı zaman qeyd edilir. Ödəniş müqavilə əsasında nəğd və yaxud bank vasitəsilə ödənilə bilər. Sifarişlərin qəbulu elektron ( (Microsoft Word, powerPoint, excel, acrobat Reader, corelDRAW, photoshop, html, autocad, adobe illistrator, oneNote və s)  və yaxud çap formasında həyata keçirilir. Əsas məqsədimiz bizə güvənib müraciət edən sifarişçinin tərcümə işinin sürətli və keyfiyyətli şəkildə təhvil verilməsidir. 

Lahiyələrin tərcüməsi

Hər hansı bir biznes layihəsini xarici investorlara təqdim etmək üçün lahiyənin xarici dilə tərcüməsi mütləq tələb olunur. Tərcümədə hər hansı bir uyğunsuzluq lahiyənin təsdiqlənməməsinə gətirib çıxara bilər. Ona görə də bu kimi layihələrin tərcüməsinin sahələr üzrə ixtisaslaşmış və çoxillik təcrübəsi olan tərcüməçilər tərəfindən həyata keçirilməsi məqsədəuyğundur. Tərcümədən sonrakı redaktə işi bu tərcümənin keyfiyyətini daha da yüksəldir. Mərkəzimiz öz peşəkar tərcüməçiləri ilə birlikdə bu kimi sifarişləri həyata keçirməyə hazırdır.


AZTƏRCÜMƏ

Biz işimizin peşəkarıyıq!

Bizimlə əlaqə

Bizə yazın

Göndərilir...
Zəhmət olmasa yenidən cəhd edin.
Mesajınız göndərildi. Təşəkkür edirik!

Əlaqə

Ünvan

28 may Şamil Əzizbəyov Küçəsi

E-mail

office@aztercume.az

Tel

Mob.: (+99470) 801 57 47